Rusiyada seçkilərdə “Exit-poll”un ilkin nəticələri açıqlandı
Bizi izləyin

MDB

Rusiyada seçkilərdə “Exit-poll”un ilkin nəticələri açıqlandı

Rusiyada Konstitusiyaya dəyişikliklərə dair səsvermə başa çatıb.

Publika.az xəbər verir ki, “exit-poll”un ilkin nəticələrinə görə, rusiyalıların 71,2 faizi ölkənin ali qanununa dəyişiklikləri dəstəkləyib. Səs verənlərin 28,3 faizi bu dəyişikliklərə qarşı çıxıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda protokolların 30 faizi hesablanıb. Nəticədə səs verənlərin 74,1 faizinin dəyişikliklərə tərəfdar olduğu müəyyən edilib.

Seçici fəallığı təxminən 65 faiz təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm