Sərnişin təyyarəsi quş dəstəsinə çırpıldı - VİDEO
Bizi izləyin

MDB

Sərnişin təyyarəsi quş dəstəsinə çırpıldı - VİDEO

Rusiyanın Moskva şəhərinin Vnukovo Hava Limanından Maqasa uçan təyyarə quş dəstəsinə çırpılıb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, “UTair” şirkətinə məxsus təyyarə hadisədən sonra normal rejimdə eniş edə bilib.

Quşlarla toqquşma təyyarənin təyin olunmuş hava limanına eniş etdiyi zaman baş verib. Bundan sonra sol qanadın yarısında quşların izləri qalıb.

Hadisə baş verdiyinə görə, hava gəmisinə baxış keçirəcək aviatexnikanın gəlişinə qədər Moskvaya qayıdış reysinin təxirə salınmasına qərar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm