Rusiyalı hərbçi Ermənistanda ölü tapıldı
Bizi izləyin

MDB

Rusiyalı hərbçi Ermənistanda ölü tapıldı

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Publika.az xəbər verir ki, ötən gün günorta saatlarında Ermənistanın Gümrü şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən "Sputnik"ə verilən məlumata görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm