Moskvada daha 27 nəfər koronavirusdan öldü
Bizi izləyin

MDB

Moskvada daha 27 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 27 nəfər ölüb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 27 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 143 nəfərə çatıb. İyulun 11-nə olan məlumata görə, Moskvada 228,7 minə yaxın koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, paytaxtda 164 mindən çox xəstə sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm