Bu şəxslər pandemiya olsa belə sərhədi KEÇƏ BİLƏCƏKLƏR
Bizi izləyin

MDB

Bu şəxslər pandemiya olsa belə sərhədi KEÇƏ BİLƏCƏKLƏR

Rusiya Dövlət Dumasında MDB-dən olan abituriyentlərə koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərə rəğmən, Rusiyaya gələrək qəbul imtahanlarında iştirak etmək üçün icazə verilməsi təklif olunub.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, təşəbbüs ölkənin Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo”ya göndərilib.

Həmçinin bildirilir ki, təkliflər sırasında məzunlara Moskva Dövlət Universitetinin xaricdəki filiallarına gələrək əyani imtahan vermək imkanının yaradılması da səslənib.

Məlumata görə, Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib.

İyun ayında Rusiya Təhsil Nazirliyi “Ali məktəbə onlayn qəbul” servisini istifadəyə verib. Rusiyalı abituriyentlər dövlət xidmətləri portalından istifadə edərək Rusiyanın 54 universitetinə sənəd verə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm