Pandemiya yeni mərhələyə daxil oldu - BVF
Bizi izləyin

MDB

Pandemiya yeni mərhələyə daxil oldu - BVF

Pandemiya yeni mərhələyə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun 18 iyulda gerçəkləşəcək G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Sədrləri Toplantısından əvvəl yayımlanan “G20 Müşahidə Notu”nda qeyd edilib.

Bildirilib ki, qlobal iqtisadi fəaliyyət çox aşağı səviyyədən özünə gəlməyə başlayıb.

Hesabatda hərəkətliliklə bağlı məhdudiyyətlərin yüngülləşdirildiyi, lakin sosial məsafə qaydalarına daha bir müddət davam edilməsi ehtimalının olduğu vurğulanıb.

Yoxsulluq və qeyri-bərabərlik daha da pisləşəcək

Sənəddə maliyyə şəraitinin əhatəli siyasi dəstəklərlə rahatladığı qeyd edilərək əmtəə qiymətlərinin sabitlik qazandığı və ya artdığı bildirilib.

Qlobal iqtisadiyyatın bu il 4,9% daralmasının gözlənildiyi xatırladılan hesabatda gələn il yumşaq bərpanın proqnozlaşdırıldığı, iflas və isşizliyin isə iz buraxacağı qeyd olunub.

Həmçinin bildirilib ki, qeyri-müəyyənlik yüksək səviyyədədir. Xəstəliyin yayılması bütün proqnozları alt-üst edə bilər.

BVF-nin prezidenti Kristalina Corciyeva pandemiyanın ikinci dalğasının yayılmasından qorxduqlarını dilə gətirərək bunun iqtisadi fəaliyyətə daha böyük zərbələr vura biləcəyini qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm