Rusiyada əməliyyat - Terrorçular məhv edildi
Bizi izləyin

MDB

Rusiyada əməliyyat - Terrorçular məhv edildi

Rusiya Federasiyasının İnquşetiya Respublikasında həyata keçirilən antiterror əməliyyatı nəticəsində 2 terrorçu məhv edilib, biri isə saxlanılıb.

Axar.az xəbər verir ki, terrorçuların yaxın günlərdə respublika ərazisində terror aktı həyata keçirməyə hazırlaşdıqları bildirilib.

Əməliyyat zamanı terrorçulara təslim olmaq təklif edilsədə, onlar hüquq-mühafizə orqanlarına atəş açmaqla cavab veriblər.

Bundan əlavə, yaraqlıların evinə baxış zamanı külli miqdarda sursat, o cümlədən bir neçə partlayıcı qurğu aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm