Lukaşenko prezident seçkilərində səs verdi - (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Lukaşenko prezident seçkilərində səs verdi - (YENİLƏNDİ)

Bu gün Belarusda prezident seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, ölkənin hazırkı lideri Aleksandr Lukaşenko Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən məntəqədə səs verib.

O, səsvermədən sonra jurnalistlərə açıqlama verib. O qeyd edib ki, seçkidən sonra Belarusda xaos və vətəndaş müharibəsi olmayacaq.

"Vəziyyətin gərgin olduğunu gizlətmək mümkün deyil, ancaq sabahdan etibarən ölkədə xaos və ya vətəndaş müharibəsi olacağını deməyə əsas yoxdur. Bunun belə olacağına təminat verirəm”, - deyə, Lukaşenko bildirib.

Lukaşenko əlavə edib ki, hakimiyyətin “hər cür variantını” nəzərdən keçirirlər. O, ölkədə qarşıdurma və nifaq salmaq istəyən medianı hədələyib, “onlara anında cavab veriləcək” söyləyib.

Lukaşenko Moskva ilə münasibətlərin pisləşməsi barədə iddiaları da təkzib edib. O deyib ki, 33 rusiyalının Minskdə həbsi münasibətlərə kölgə sala bilməz.

Qeyd edək ki, iyulun 14-də Belarus Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belorus Sosial-Demokratik Qramada” partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm