Mişustin fərman imzaladı: bu tibb işçilərinin 1 günü 2 gün sayılacaq
Bizi izləyin

MDB

Mişustin fərman imzaladı: bu tibb işçilərinin 1 günü 2 gün sayılacaq

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək üzrə təqaüdləri xüsusi formada hesablanacaq.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Baş nazir Mixail Mişustin fərman imzalayıb.

Baş nazirin sözlərinə görə, tibb işçilərinin stajında xəstələrə bir gün yardım iki iş günü sayılacaq. Bu qayda yanvarın 1-dən sentyabrın sonuna qədər olacaq.

Hökumət başçısı bildirib ki, qərar prezidentin adından verilib: "Bu qərar sayəsində hər il təxminən dörd min həkim və tibb işçisi erkən təqaüdə çıxa biləcək. İlkin hesablamalara görə, onlara ödənişlər üçün hər il dövlət büdcəsindən əlavə 325 milyon rubl tələb olunur. Büdcədə belə vəsait nəzərdə tutulur".

Hazırda Rusiyada tibb işçilərinə vaxtından əvvəl sığorta təqaüdü təyin olunur. Bunun üçün əsas şərt zəruri tibbi təcrübənin olmasıdır: kənd yerlərində bu təcrübə müddəti 25 il, şəhərlərdə isə 30 il təşkil edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm