Putin peyvəndi açıqladı: Rusiya DÜNYADA İLKİ GERÇƏKLƏŞDİRDİ
Bizi izləyin

MDB

Putin peyvəndi açıqladı: Rusiya DÜNYADA İLKİ GERÇƏKLƏŞDİRDİ

Qamaleya adına Epidemiologiya və Mikrobiyologiya İnstitutunun hazırladığı COVİD-19 peyvəndi lisenziyalaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin bildirib.

Hökumət nümayəndələri ilə iclasda danışan Putin qeyd edib ki, bununla Rusiya kroronavirusa qarşı peyvəndi lisenziyalaşdıran ilk ölkə olub.

Rusiya prezidenti Səhiyyə naziri Mixail Muraşkodan peyvəndlə bağlı ətraflı məlumat istəyib. O, peyvənd üzərində işləyən hər kəsə təşəkkür edib.

Peyvəndin alıcı antitel və hüceyrə immuniteti yaratdığını bildirən Putin qızlarından birinə peyvənd inyeksiya edildiyini açıqlayıb: “Peyvənd vurulandan sonra qızımın qızdırması 38 dərəcəyə qalxdı. Ertəsi gün 37 dərəcəyə düşdü. İndi özünü yaxşı hiss edir və antitel səviyyəsi yüksək miqdardadır”.

Rusiya Baş nazirinin köməkçisi Tatyana qolikova avqustun sonlarında səhiyyə işçilərinin peyvəndləməsini aparmağı planlaşdırdıqlarını ifadə edib: “Ən qısa müddətdə peyvəndin kütləvi istehsalına başlayacağımızı ümid edirəm. Bu, əhəmiyyətlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm