Rusiya ilk peyvəndləri bu şəxslərə vuracaq
Bizi izləyin

MDB

Rusiya ilk peyvəndləri bu şəxslərə vuracaq

Rusiyanın ərsəyə gətirdiyi COVID-19 peyvəndinin ilk partiyası 2 həftə ərzində hazır olacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko danışıb.

Nazir bildirib ki, ilk peyvəndlər risk qrupundakı insanlara vurulacaq: “Bu gün keyfiyyətə nəzarət prosesi gerçəkləşdirilir. İlk partiya həkimlərə vurulacaq. Peyvəndləmə könüllülük prinsipi əsasında olacaq. Bəzi həkimlərin virusa qarşı immuniteti var. Onların sayı 20% ətrafındadır. Peyvəndə ehtiyacları olmadığı düşünülür. Qərar da onların ixtiyarına buraxılacaq”.

Nazir qeyd edib ki, peyvəndin ixrac potensialı mövcuddur: “Prioritetimiz Rusiyanın tələbatını qarşılamaqdır. Mütləq başqa ölkələrə də təklif edəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm