Rusiya COVID-19 peyvəndini ilk bu ölkəyə ixrac edə bilər
Bizi izləyin

MDB

Rusiya COVID-19 peyvəndini ilk bu ölkəyə ixrac edə bilər

Rusiyanın COVID-19 peyvəndini lisenziyalaşdırdığını açıqlamasından sonra bir çox ölkə dərmandan almaq barədə maraqlanır.

Publika.az xəbər verir ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşkonun peyvəndin ixrac imkanlarından bəhs etməsi həmin ölkələri həyəcanlandırıb.

Peyvəndin satıla biləcəyi ölkələr siyahısında Türkiyənin adı öndədir. Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvləri peyvəndi ala bilmək üçün Ümumdünya Səhiyyə Təşkilatından icazə verilməli olduğunu bildirib. Belə ki, Türkiyə ilə Rusiya arasındakı qarşılıqlı peyvənd müqaviləsinə əsasən, icazə verildikdə, peyvəndin ilk tədarük ediləcəyi ölkələrdən biri də Türkiyə olacaq.

Qurumun üzvü olan professorlar Rusiyanın peyvənd sınaqları ilə bağlı bilgiləri yayımladıqdan sonra daha müsbət cavab verə biləcəklərini qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm