• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Qazaxıstan bu ölkələrə uçuşları bərpa edir

  • MDB
  • 13 Avqust 2020 06:54
Qazaxıstan bu ölkələrə uçuşları bərpa edir

Qazaxıstan avqustun 17-dən etibarən bəzi ölkələrə beynəlxalq uçuşları bərpa edir. Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi bildirib ki, BƏƏ, Belarus, Almaniya, Hollandiya, Misir, Ukrayna və Rusiya Federasiyasına mərhələli şəkildə beynəlxalq uçuşlar həyata keçiriləcək.

Publika.az xəbər verir ki, müvafiq qərar Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib. Müvafiq qərar avqustun 11-də Ümumdünya Səhiyyə Təşkilatının xəritəsinə əsasən epidemioloji şərait nəzərə alınmaqla koronavirus infeksiyasının yaranmasına və yayılmasına yol verilməməsi üzrə İdarələrarası Komissiya tərəfindən qəbul edilib.

Xatırladaq ki, yeni koronavirusun yayılması ilə əlaqədar cari il martın 16-dan mayın 11-dək ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində həm daxili, həm də beynəlxalq uçuşlar dayandırılıb, may ayının 25-dən daxili uçuşlar bərpa edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR