Rusiyadan COVİD-19 peyvəndini ilk olaraq bu ölkə alacaq
Bizi izləyin

MDB

Rusiyadan COVİD-19 peyvəndini ilk olaraq bu ölkə alacaq

Rusiyadan koronavirusa qarşı hazırlanan vaksin almağa hazır olan ilk ölkə məlumdur.

Publika.az xəbər verir ki, Vyetnam “Sputnik V” peyvəndini almaq niyyətindədir.

Bununla yanaşı, Vyetnam koronavirus infeksiyasına qarşı öz peyvəndinin hazırlanması üzərində işləməyə davam edəcək.

Qeyd edək ki, Vyetnamda bu günə qədər 911 koronavirus infeksiyasına yoluxma qeydə alınıb, ölənlərin sayı 21 nəfər olub.

Vyetnam Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus pandemiyası ilə ən yaxşı mübarizə aparan ölkələr siyahısına salınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm