Bu ölkə Navalnının aparmaq üçün təyyarə göndərir
Bizi izləyin

MDB

Bu ölkə Navalnının aparmaq üçün təyyarə göndərir

Bu gecə Almaniyadan Rusiyanın Omsk şəhərinə təyyarə uçacaq.

Axar.az xəbər verir ki, təyyarə zəhərlənərək xəstəxanaya yerləşdirilən Aleksey Navalnını Berlinin “Charite” xəstəxanasına çatdıracaq.

Hələlik Navalnının ölkədən çıxmasına xəstəxananın həkimlərinin icazə verib-verməyəcəyinin bilinmədiyi açıqlanıb.

Qeyd edək ki, bundan öncə Navalnı təyyarədə qəfildən huşunu itirərək koma vəziyyətinə düşüb. Onun zəhərlənərək bu hala salındığı bildirilir.

***

Aleksey Navalnının vəziyyəti qeyri-stabildir.

Bunu Navalnının mətbuat katibi Kira Yarmış deyib. O, Navalnının Almaniyaya aparılmasının sual altında olduğunu bildirib.

Yarmış qeyd edib ki, həkimlər indi köçürülmənin məsuliyyətini üzərlərinə götürmək istəmirlər:

“Halbuki bundan əvvəl heç bir problem olmadığı bildirilirdi. Navalnının Almaniyaya aparılması ilə bağlı qərarları həkimlər yox, Kreml qəbul edir”.

***

Hazırda reanimasiyada komada olan rusiyalı bloger Aleksey Navalnını Rusiyadan Berlinə aparmaq üçün Amaniyadan gələn xüsusi tibbi təyyarə Omska eniş edib.

Bu barədə “Flight Radar” məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm