Rusiya bu sahədə dünya lideri ola bilər
Bizi izləyin

MDB

Rusiya bu sahədə dünya lideri ola bilər

Növbəti on il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısı olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin proqnoz-hesabatında deyilir.

Proqnoza əsasən, Rusiyada qızıl hasilatı 2020-ci ildə 11,3 milyon unsiyadan 2029-cu ildə 15,5 milyon unsiyayadək artacaq. Bu göstərici hazırda ən iri qızıl hasilatçısı olan Çindən daha yüksək olacaq.

2029-cu ildə dünya qızıl hasilatının 11,6 faizi Rusiyanın payına düşəcək. Hazırda bu göstərici 10,6 faizə bərabərdir.

2020-2029-cu illərdə Rusiyada qızıl hasilatı illik 3,7 faiz artım nümayiş etdirəcək. Çində isə artım 0,2 faizə bərabər olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm