• USD 1,7000 0,00% EUR 2,0063 0,00%
    • GBP 2,2204 0,00% RUB 0,0222 0,00%

Daha bir ölkə koronavirus vaksinini TEST EDƏCƏK

  • MDB
  • 17 Sentyabr 2020 22:24
Daha bir ölkə koronavirus vaksinini TEST EDƏCƏK

Belarus Rusiyanın koronavirus əleyhinə vaksininin klinik sınaqları üçün sənədlər paketini alıb.

Publika.az xəbər verir ki, bu barədə Belarus Respublikası Səhiyyə Nazirliyinin "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, hazırda əldə olunmuş sənədlər araşdırılır.

Ekspert qrupunun tərkibinə "Səhiyyə Ekspertiza və Sınaq Mərkəzi" müəssisəsinin əməkdaşları, həmçinin epidemiologiya və infeksion xəstəliklər üzrə aparıcı mütəxəssislər daxildir. Onlar preparatın "effektivliyinə və təhlükəsizliyinə dair etibarlı məlumatların əldə edilməsi" imkanını qiymətləndirməli, eləcə də sınaqla bağlı etik məsələləri nəzərdən keçirməlidirlər.

"Vaksin sınağının ikili gizli plasebo-nəzarət formasında keçirilməsi planlaşdırılır. Bu sınaq Rusiya Federasiyası ərazisində aparılan "Qam-KOVİD-Vak" vaksinin irimiqyaslı tədqiqatının bir hissəsi olacaq", — Səhiyyə Nazirliyi bildirir.

Belarusdakı sınaqlarda yüzə yaxın könüllü iştirak edəcək. Arzu edənlər tədqiqat meydançaları kimi seçilmiş təşkilatlarının saytlarında müraciət edə bilərlər.

Bundan əvvəl Minsk və Moskva "Sputnik V" vaksininin sınaqlarının üçüncü mərhələsində Belarusun da iştirakı barədə razılığa gəliblər.

"Sputnik V" vaksininin sınaqları zamanı iştirakçıların 100 faizində davamlı humoral və hüceyrə səviyyəsində immun cavabı formalaşıb və onlarda heç bir meyar üzrə ciddi arzuolunmaz hal yaranmayıb. Bununla yanaşı, peyvənd edilmiş könüllülərdə virusu neytrallaşdıran anticisimlərin səviyyəsi sağalmış insanlardakı anticisimlərin səviyyəsindən 1,4-1,5 dəfə artıq olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR