• USD 1,7000 0,00% EUR 2,0141 +0,60%
    • GBP 2,2067 +0,28% RUB 0,0220 +0,45%

Özbəkistan prezidenti: Dünyanın yeni düzəni gerçək şərtlər üzərində qurulmaqdadır

  • MDB
  • 24 Sentyabr 2020 14:25
Özbəkistan prezidenti: Dünyanın yeni düzəni gerçək şərtlər üzərində qurulmaqdadır

"Çağdaş dövrün insanı daha qlobal, daha irimiqyaslı, daha əhatəli düşüncəsiylə, ən xırda məsələlərə belə bütöv dünya acısından yanaşmasıyla xarakterizə olunur. Müasir texnologiyalar və yüksək sürət indi dünyanın hər yerini daha əlçatan eləyib. Ayrılıqda götürülmüş hər hansı bir ölkədə iqtisadi, siyasi, sosial və ekoloji sahədə baş verən istənilən hadisə artıq bir ölkənin sərhədlərilə məhdudlaşmır, hüdudları aşır və bəzən bütün dünyanı lərzəyə gətirmək iqtidarında olur. Dünyanın yeni düzəni məhz bu gerçək şərtlər üzərində qurulmaqdadır".

Publika.az xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında Özbəkistan prezidenti Şavkat Mirziyoyev söyləyib.

O qeyd edib: "Bu gün bəşər övladının həll etdiyi bütün məsələlər fövqəlmilli xarakter daşıyır. Deməli bütün dövlətlərin düşünərləri, beyin mərkəzləri, siyasi dairələri aktual vəziyyətə görə məsuliyyət daşıdıqları üçün konsolidasiya və kooperasiya artıq davranış normasına çevrilməkdədir. Gənclərin hüquqları barədə BMT Konvensiyasınının qəbulu təşəbbüsünü dəstəkləyən özbək lideri deyib ki, hər bir insanın borcu özündən sonra gələn nəslin normal səviyyədə yetişdirilməsinə nail olmaqdır. Yalnız bu halda vərəsəlik prinsiplərini qorumaq, ənənələrin davam etdiriməsinə şərait yaratmaq mümkündür. Şavkat Mirziyoyevin xüsusi vurğuladığı bir məqam da siyasi dialoq məsələsi olub. Uzun illərdir Əfqanıstan problemi ilə üz-üzə qalan bu ölkə pandemiya dövründə ərzaq problemi kimi vacib məsələni də lazımi qaydada həll edə bilib.

Bugün koronavirus kimi gözəgörünməz düşmənlə vuruşan dünya həmçinin əbədi və əzəli düşməni olan terrorizmin dəhşətini də unutmamalı, bu istiqamətdə sayıqlığını itirməməlidir. Mərkəzi Asiya ölkələrinin qlobal antiterror strategiyasının gerçəkləşdirilməsi üzrə birgə planın 10 illiyi münasibətilə Daşkənddə beynəlxalq konfrans keçirmək ideyası da elə həmin sayıqlığın qorunmasına xidmət edir. Öz çıxışında ekologiya, sağlam həyat tərzi məsələlərinə də toxunan Mirziyoyev təklif edib ki, BMT Baş Assambleyası Aralyanı ərazinin ekoloji innovasiyalar və texnologiyalar zonası elan ediməsi barədə xüsusi qətnamə qəbul etsin. Belə bir qərar Mərkəzi Asiya ölkələrinin inkişafına şərat yaratmış olacaq. Özbək liderinin irəli sürdüyü təşəbbüslərdən biri də ekoloji sistemlərin beynəlxalq müdafiəsi və bərpası gününün təsis edilməsi olub. Bütün təklif və təşəbbüslər belə nəticə çıxarmağa əsas verir ki, Mərkəzi Asiyanın lider dövlətlərindən biri davamlı inkişaf mərhələsindədir. Bu isə stabilliyi qorumaq və millləti irəli aparmaq üçün zəruri olan ən vacib şərtdir".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR