Peskovdan Qərblə bağlı KRİTİK AÇIQLAMA: Lukaşenkonu tanımasalar...
Bizi izləyin

MDB

Peskovdan Qərblə bağlı KRİTİK AÇIQLAMA: Lukaşenkonu tanımasalar...

Qərb Aleksandr Lukaşenkonun prezidentliyini tanımayaraq Belarusun daxili işlərinə müdaxilə edir.

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Dialoqların möhkəmlənməsinə qətiyyən töhfə verməyəcək bu qərarlar Belarusun daxili məsələlərinə bilvastiə müdaxilədir. Bu qərarla sözügedən ölkələrin Belarusla dialoqunu dayandıracaq və çətinləşdirəcək”, - Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bu qərarları beynəlxalq hüquqa zidd hesab edir.

Qeyd edək ki, Avropa İttifaqı və ABŞ Aleksandr Lukaşenkonun prezidentliyini tanımadıqlarını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm