90 yaşlı nənə NARKOBARON İMİŞ - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

MDB

90 yaşlı nənə NARKOBARON İMİŞ - ŞOK TƏFƏRRÜAT

Rusiyanin Çelyabinks şəhərindən olan 90 yaşlı nənə heroin saxlamaq və narkokuryerlər şəbəkəsini idarə etmək ittihamı ilə nəzarətə alınıb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, təqaüdçü qadın narkotik satışını köməkçilərinin vasitəsi ilə həyata keçirib. Onlardan birinin tutulmasından sonra yaşlı qadının izinə düşmək mümkün olub.

Bildirilir ki, nənə alıcıya narkotik satandan sonra ələ keçib. O, evinin yanında mikroavtobusdan düşərkən polislər tərəfindən saxlanılıb.

Qadın əvvəlcə hər şeyi inkar edib. Elə hüquq mühafizəçilər də araşdırma apararkən onun üzərindən dərhal narkotik aşkarlaya bilməyiblər. Lakin sonradan məlum olub ki, heroini o, alt paltarında gizlədibmiş.

Təqaüdçü ilə bağlı məhkəmə ev dustaqlığı növündə qabaqlayıcı tədbir seçib.

Qeyd edək ki, Rusiya qanununlarına görə, narkotik maddələrin geniş miqyasda satılmasına 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm