MDB
Belarus XİN: Qan tökülməsini dayandırmaq lazımdır
Belarus münaqişə vəziyyətinin kəskin gərginləşməsindən və Dağlıq Qarabağ zonasında ağır silah və aviasiya vasitələrindən istifadə ilə bağlı aktiv hərbi əməliyyatlardan olduqca narahatdır.
Publika.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin münaqişə zonasındakı vəziyyətin gərginləşməsi ilə əlaqədar açıqlamasında deyilir.
“Biz nəinki çağırırıq, həm də bizim üçün hər iki vacib tərəfdaşdan - Azərbaycandan və Ermənistandan səmimi qəlbdən hərbi əməliyyatları dayandırmağı, silahdan imtina etməyi və vəziyyəti sülh yolu ilə, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində həll etmək üçün yollar tapmağı xahiş edirik. Tərəflərə bu və onlar üçün məqbul olan digər formatlardakı dialoqun təşviqində hər hansı bir kömək göstərməyə hazır olduğumuzu təsdiq edirik”, - bəyanatda belə deyilir.
“Bu gün vacib olan, ən qısa zamanda qan tökülməsini dayandırmaq və yeni qurbanların qarşısını almaqdır. İnsan həyatı əvəzsizdir, bu səbəbdən regionda sülh və əmin-amanlığın qorunması üçün hər cür səy göstərmək lazımdır”, - deyə Belarus Xarici İşlər nazirinin bəyanatında qeyd olunub.
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR