Kreml Putini koronavirusdan necə qoruduğunu açıqladı
Bizi izləyin

MDB

Kreml Putini koronavirusdan necə qoruduğunu açıqladı

Prezidentin mətbuat katibi Dmitri Peskov epidemiya zamanı Vladimir Putinlə görüşənlərin çoxunun xüsusi karantin proseduruna məruz qaldıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, Kreml spikerinin sözlərinə görə, hər dəfə koronavirus əleyhinə təhlükəsizlik tədbirlərinin səviyyəsi fərdi olaraq təyin olunur.

“Bunu yalnız qismən təsdiqləyə bilərəm. Kimsə iki həftəlik karantindən keçir, kimsə bir neçə gün, bir başqası da ümumiyyətlə, karantin olmadan görüşür. Bu, insandan, cədvəlindən, hər bir ayrı idarədəki və ya nazirlikdəki epidemioloji vəziyyətdən asılıdır. Təbii ki, hər bir məsuliyyətli lider əvvəlcə bütün mümkün təhdidləri qiymətləndirəcək və görüşə sonra qərar verəcək” , - Peskov deyib.

Pandemiya dövründə ictimai tədbirlər prezidentin cədvəlindən praktik olaraq yoxa çıxdı, lakin üzbəüz görüşlər və bəzən kollektivlərlə görüşlər keçirməyə davam edir. Putinin ictimai qrafikinin çoxunu indi videokonfranslar təşkil edir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm