Lavrovdan ÇAĞIRIŞ: "Görüşə hazırıq..."
Bizi izləyin

MDB

Lavrovdan ÇAĞIRIŞ: "Görüşə hazırıq..."

Rusiya Xairic İşlər naziri Sergey Lavrov Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyanla telefonla danışıb.

Publika.az xəbər verir ki, telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə edilib.

Rusiyalı XİN başçısı tərəfləri sülhə və silahlı mübarizədən çəkinməyə çağırıb. Lavrov genişmiqyaslı hərbi əməliyyatlardan narahat olduğunu dilə gətirib.

Bundan əlavə tərəflərə Rusiyanın Moskva platformasının danışıqlar üçün hazır olduğu bildirilib.

Lavrov Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmalı olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm