ABŞ Dövlət Katibinin köməkçisi Türkiyəyə gedir
Bizi izləyin

MDB

ABŞ Dövlət Katibinin köməkçisi Türkiyəyə gedir

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker şənbə günü Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər oktyabrın 3-dən 5-dək davam edəcək. F. Riker Ankara və İstanbul şəhərlərində olacaq.

“Riker ABŞ-ın NATO-dakı müttəfiqimizlə əlaqələri inkişaf etdirmək üçün türkiyəli həmkarları ilə görüşəcək, həmçinin Şərqi Aralıq dənizi və Qafqazdakı vəziyyəti müzakirə edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm