Pompeo Belarusa xəbərdarlıq etdi
Bizi izləyin

MDB

Pompeo Belarusa xəbərdarlıq etdi

"ABŞ Belarus rəsmilərini respublikada demokratiyanı pozduğu üçün məsuliyyətə cəlb etməkdə davam edəcək".

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo adından yayımlanan bəyanatda qeyd olunub.

Onun sözlərinə görə, Avropa İttifaqı və Amerika artıq bu ölkənin rəsmilərinə qarşı müvafiq addım atıb və bu davamlı olacaq.

Qeyd edək ki, bu gün Avropa İttifaqı və ABŞ Belarus rəsmilərinə qarşı sanksiya tətbiq edib. Lakin, “qara siyahı” da ölkə prezidenti Aleksandr Lukaşenkonun adı yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm