Bişkekdə GƏRGİNLİK: Etirazçılar Atambayevi və İsakovu həbsxanadan azad etdilər - VİDEO - (YENİLƏNİR)
Bizi izləyin

MDB

Bişkekdə GƏRGİNLİK: Etirazçılar Atambayevi və İsakovu həbsxanadan azad etdilər - VİDEO - (YENİLƏNİR)

Bişkekdə keçirilən etiraz aksiyasının iştirakçıları Qırğızıstanın sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İsakovu vəkili Zamir Jooşev bildirib ki, sabiq baş nazir bu gün azad edilib.

***

03:43

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev etirazçılar tərəfindən həbsxanadan azad olunub.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

01:49

Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Publika.az TASS-a istindla xəbər verir ki, nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butılkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan çox davam edib.

Bəzi milis əməkdaşları binanı tərk edib. Bununla yanaşı, qeyd edilir ki, binada əməkdaşlar və deputatlar yoxdur.

İlkin məlumata görə, toqquşmaların gedişatında 130-dan çox insan xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm