Qırğızıstanın Baş naziri və Spikeri İSTEFA VERDİ
Bizi izləyin

MDB

Qırğızıstanın Baş naziri və Spikeri İSTEFA VERDİ

Qırğızıstan parlamenti - Joqorku Keneşə keçirilən seçkilərin nəticələri ilə barışmayan siyasi partiyaların rəhbərləri və üzvləri ikinci gündür ki, Bişkekin mərkəzindəki Ala-Too meydanında çoxminli mitinq təşkil edib.

Publika.az xəbər verir ki, nəticədə yeni seçilmiş parlament buraxılıb. Bu hadisələrin fonunda Qırğızıstanın Baş Naziri Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov istefa verib.

Joqorku Keneşin binası mitinqçilər tərəfindən tutulduğundan parlamentin növbədənkənar iclası “Dostuk” otelində keçirilib.

Deputatlar Sadır Japarovu Baş Nazir vəzifəsinin icraçısı, Maktıbek Abdıldayevi parlamentin sədri seçiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm