Peqov saxta xəbər yaymağı ondan öyrənibmiş - VİDEO
Bizi izləyin

MDB

Peqov saxta xəbər yaymağı ondan öyrənibmiş - VİDEO

Sosial şəbəkələrdə Life.ru media layihəsinin təsisçisi Aram Qabrelyanovun “War Gonzo” layihəsinin müəllifi olan jurnalist Semyon Peqovu tənqid etdiyi barədə video yayımlanıb.

Publika.az xəbər verir ki, S.Peqov hazırda qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərindədir və baş verənləri sırf erməni tərəfinin nöqteyi-nəzərindən təqdim edir.

Erməni Aram Qabrelyanov “War Gonzo” layihəsinin investorudur və anti-Azərbaycan mövqeyi ilə tanınır.

Eyni zamanda, A.Qabrelyanovun nəzarətində olan media orqanlarında Azərbaycandakı hadisələr və xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dəfələrlə yalan xəbərlər dərc edilib.

Xatırladaq ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan tərəfi A.Qabrelyanovun idarə etdiyi “Life” media layihəsinin işçilərinin akkreditasiyasını ləğv etdi və işçilərini Azərbaycandan çıxardı.

Buna səbəb sözügedən media qrupu ilə əməkdaşlıq edən jurnalistlərin təmas xəttində yerləşən bölgələrdə döyüşlər və sakinlər barədə yalan və təxribat xarakterli məlumatlar yaymasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm