Ramzan Kadırov Çeçenistandakı atışmanın detallarını açıqladı - YENİLƏNDİ
Bizi izləyin

MDB

Ramzan Kadırov Çeçenistandakı atışmanın detallarını açıqladı - YENİLƏNDİ

Qroznıda öldürülən naməlum silahlı şəxslər xaricdən gəlib.

Publika.az xəbər verir ki, bunu Çeçenistanın prezidenti Ramzan Kadırov açıqlayıb.

Teleqram hesabından açıqlama verən Kadırov bildirib ki, Çeçenistanda terro təşkilatlarının kökü çox uzun zaman əvvəl kəsilib: “Bölgəyə xaricdən terrorçuların gəldiyinə dair bilgi hüquq-mühafizə orqanları tərəfindən tam zamanında əldə edilib və onların saxlanılması üçün əməliyyat təşkil olunub”.

O, yerli sakinlərin terrorçuların yerinin müəyyənləşdirilməsində yardımçı olduğuna diqqət çəkib. Bildirib ki, insidentdə həlak olan 2 polis əməkdaşının ailələrinə Əhməd Hacı Kadırov Vəqfi tərəfindən hər cür yardım təmin olunacaq.

***

Çeçenistan Respublikasının paytaxtı Qroznıdakı insident nəticəsində ölənlərin sayı 7-ə çatıb.

Publika.az xəbər verir ki, TASS əməliyyatın sonlandığını, daha 2 silahlının zərərsizləşdirildiyini yazıb.

***

Çeçenistan Respublikasının paytaxtı Qroznıda atışma olub.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq–mühafizə orqanları məlumatb yayıb.

Bildirilib ki, Rusiya qvardiyası ilə polis əməkdaşları naməlum silahlıların hücumuna məruz qalıb. Nəticədə naməlum silahlılardan 2 nəfər zərərsizləşdirilib, 2 qvardiyaçı və 1 polis həlak olub.

İnsidentin davam etdiyi bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm