Rusiya Türkiyə PUA-larına qarşı hərəkətə keçdi: YENİ SİSTEM HAZIRLANIR - VİDEO
Bizi izləyin

MDB

Rusiya Türkiyə PUA-larına qarşı hərəkətə keçdi: YENİ SİSTEM HAZIRLANIR - VİDEO

Video əlavə edilib.

*****

Müdafiə sənayesinin etibarını Liviya, Suriya və Ermənistanda itirən Rusiya yeni silah hazırlığına başlayıb.

Publika.az xəbər verir ki, “Gibka-S” adı verilən silahın yeganə hədəfi Silahlı Pilotsuz Uçuş Aparatları olacaq.

Gibka-S” Rusiya dövlətinə aid KBM müdafiə qurumu tərəfindən hazırlanan yeni öz-özünə atəş edən mobil hava hücumundan müdafiə sistemidir. Sistemin sınaqları 2019-cu ilin dekabr ayında tamamlanıb. Rusiya ordusunun arsenalına 2021-ci ildə daxil edilməsi planlaşdırılır.

Sistemin prioriteti alçaq hündürlükdən uçan Silahlı PUA-lardır.

“Tigr” taktiki döyüş avtomobilinin bir növü olan 9А332 döyüş maşının üzərinə təchiz edilən “Gibka-S” MANPADS operatorlarını daşıyacaq potensiala malikdir. Bundan başqa, raket yükü və onunla bağlı sursatı daşımaq sistemi də mövcuddur. Sistemin dizaynında eyni anda 4 ədəd raket zərbəsi endirə biləcək qurğu da var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm