Putin: "Minsk qrupu formatını bir az dəyişmək olar"
Bizi izləyin

MDB

Putin: "Minsk qrupu formatını bir az dəyişmək olar"

Rusiya Qarabağda tənzimləməyə görə öz üzərində xüsusi məsuliyyət hiss edir, lakin ona dəstək lazımdır, o cümlədən ABŞ və Fransa tərəfindən.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin “Valday” diskussiya klubunun iclasında ATƏT-in Minsk Qrupunun formatını dəyişməyin lazım olub-olmadığı barədə suala cavab verərkən deyib.

"Təəssüf ki, məndə sizin sualınıza cavab yoxdur. Bir sıra obyektiv səbəblər var - biz başa düşürük ki, Rusiya yaxındadır, onlar bizim qonşularımızdır, bu ölkələr və xalqlarla xüsusi münasibətlərimiz var. Çox böyük təsirimiz var",- Putin deyib.

O vurğulayıb ki, Rusiyanın Azərbaycan və Ermənistanla əlaqələri bu ölkələrin ABŞ və Türkiyə münasibətindən çox fərqlənir. "Ona görə də, əlbəttə, biz öz üzərimizdə xüsusi məsuliyyət hiss edirik və bununla bağlı özümü həssas şəkildə aparmalıyıq. Lakin bu kontekstdə bizim üçün həm Birləşmiş Ştatlar, həm Fransa, həm də qrupun digər iştirakçıları tərəfindən dəstək çox vacibdir",- Putin qeyd edib.

"Bununla bağlı nəyisə dəyişmək lazımdırmı? Mən bilmirəm. Bəlkə də formatı necəsə bir az dəyişmək olar", - RF Prezidenti bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm