Putin açıqladı: Onların tövsiyələri ilə qərar veriləcək
Bizi izləyin

MDB

Putin açıqladı: Onların tövsiyələri ilə qərar veriləcək

Koronavirus pandemiyası ilə bağlı ölkə miqyaslı karantin tətbiqi planlaşdırmırıq.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Prezident bildirib ki, necə hərəkət etməli olduqlarını yaxşı bilirlər: “Buna görə də tamamilə məhdudlaşdırıcı tədbirlər görmək, iqtisadiyyatın, biznesin hərəkətinin tamamilə dayandığı karantin tətbiqi planlaşdırmırıq”.

Putin qeyd edib ki, lazım olacağı zaman həkimlərin tövsiyəsi ilə müəyyən bölgədəki vətəndaşların təhlükəsizliyi, qurumların fəaliyyətinin davamlılığı nəzərə alınaraq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, Rusiyada pandemiya ərzində gündəlik yoluxma sayı ən yüksək həddə çataraq 17 min 717 olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm