9 ölkənin hökumət başçıları bu gün görüşür
Bizi izləyin

MDB

9 ölkənin hökumət başçıları bu gün görüşür

Bu gün MDB ölkələrinin hökumət başçılarının iclası keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclas video-konfrans formatında baş tutacaq.

Görüş zamanı birliyə üzv dövlətlərin qarşılıqlı iqtisadi əlaqələri də daxil olmaqla, bir sıra məsələlərin müzakirə olunacağı planlaşdırılır. Hökumət başçıları iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, habelə 2030-cu ilədək MDB İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2021-2025) həyata keçirilməsi üçün fəaliyyət planını müzakirə etmək niyyətindədirlər. Həmçinin, müxtəlif fəaliyyət sahələri üzrə bir sıra əvvəlcədən razılaşdırılmış sənədlərin müzakirəsiz imzalanması planlaşdırılır. "Bunlara nüvə enerjisindən dinc məqsədlər üçün istifadə, innovasiya, müharibə veteranları - yerli münaqişə iştirakçıları və onların ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlıqla bağlı üç proqram daxildir", - açıqlamada deyilir.

Bundan əlavə, 2020–2025-ci illər dövrü üçün beynəlxalq nəqliyyatın həyata keçirilməsində MDB üzvü olan dövlətlərin ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üzrə Strategiyanın və 2021–2022-ci illər üçün MDB üzv dövlətlərinin humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının həyata keçirilməsinə dair Fəaliyyət Planının təsdiq edilməsi planlaşdırılır.

Ənənəvi olaraq, hökumət başçıları tərəfindən imzalanması üçün təklif olunan sənədlərin böyük bir hissəsi Müstəqil Dövlətlər Birliyinin qurumlarının maliyyə dəstəyi ilə bağlı olacaq.

Bu il tədbirə Özbəkistan sədrlik edəcək.

Qeyd edək ki, təşkilata Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistan daxildir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm