Lukaşenko ilk dəfə maska taxdı - VİDEO
Bizi izləyin

MDB

Lukaşenko ilk dəfə maska taxdı - VİDEO

Pandemiyadan bəri koronavirusun mövcudluğunu ciddiyə almayan Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə koronavirus xəstələrinin yatdığı xəstəxanada “Qırmızı zona”nı ziyarət edib.

Publika.az xəbər verir ki, Tut.by bununla bağlı kadrlar yayımlayıb.

Bildirilib ki, pandemiya dövründən bəri Lukaşenko ilk dəfədir ki, ictimaiyyət arasına maskada çıxıb.

Palataları gəzən dövlət başçısı həkimlərlə söhbət edib, onların işini yüksək qiymətləndirdiyini vurğulayıb.

“Onlar böyük iş görürlər. Əgər bir insan “qırmızı zona”da işləyirsə, qoy elə o da yüksək maaş alsın”, - deyə Prezident vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm