Putindən GÖSTƏRİŞ: Genişmiqyaslı peyvəndləmə başlayır
Bizi izləyin

MDB

Putindən GÖSTƏRİŞ: Genişmiqyaslı peyvəndləmə başlayır

Gələn həftədən etibarən Rusiyada koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə aparılacaq.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin göstəriş verib.

Məlumata görə, Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı genişmiqyaslı peyvəndlənməsinə başlamaq planını da açıqlayıb.

Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib:

"Bu, kütləvi də olmasa, genişmiqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda - müəllimlər və həkimlər üzərində aparılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm