MDB
Erməni XİN başçısı Moskvaya gedir
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvaya işgüzar səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, Ermənistan xarici işlər nazirinin Moskvaya gözlənilən səfərinin təfərrüatlarını və gündəmini açıqlayıb.
"Ümid edirik ki, Moskvada keçiriləcək danışıqlar Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək", - Zaxarova deyib.
Sözçünün verdiyi məlumata görə, Ermənistan və Rusiya Xarici İşlər Nazirliklərinin rəhbərləri beynəlxalq və regional məsələləri, ikitərəfli əlaqələrin bütün spektrini müzakirə edəcəklər. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli bəyanatının icrasına, infrastrukturun bərpasında humanitar yardım göstərilməsinə, nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasına xüsusi diqqət yetiriləcək.
Zümrüd
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?