Rusiyanın “Pervıy kanal”ı SATIŞA ÇIXARILDI
Bizi izləyin

MDB

Rusiyanın “Pervıy kanal”ı SATIŞA ÇIXARILDI

Rusiyada dövlət “Pervıy kanal”ın nizamnamə kapitalındakı payını nəzarət paketindən (54%) 34%-dən az olmayan səviyyəyə endirmək niyyətindədir.

Publika.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Fərmanında deyilir.

Fərmana əsasən, “Pervıy kanal” səhmdar cəmiyyətinin maliyyə sabitliyini artırmaq üçün əlavə səhm emissiyası həyata keçiriləcək və qeyri-dövlət səhmdarlarına satılacaq.

Bu Fərmanla “Pervıy kanal” strateji müəssisələr və səhmdar cəmiyyətlər siyahısından çıxarılır.

Fərman imzalandığı gündən - 2020-ci il dekabrın 21-dən - qüvvəyə minir.

İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “İnterfaks”a bildirilib ki, “Pervıy kanal”ın Direktorlar Şurasının yeni sədri vəzifəsinə Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm