Bu ölkələr üz-üzə görüşməlidir - Lavrov
Bizi izləyin

MDB

Bu ölkələr üz-üzə görüşməlidir - Lavrov

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün görüşü üz-üzə keçirilməlidir. Moskva bunun yaxın gələcəkdə baş tutacağına ümid edir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, yığılmış problemlərin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınaraq üz-üzə görüş daha effektiv olacaq.

Lavrovun görüşlə bağlı gündəm məsələsi ABŞ-ın Rusiya ilə imzaladığı silahlanma müqavilələrindən imtinasıdır.

Qeyd edək kii, Rusiya Prezidenti Vladimir Putin iyun ayında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkə liderlərinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya) üz-üzə görüşünün təşkilini təklif etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm