Nazarbayev hakim partiyanı qələbə münasibətilə təbrik etdi
Bizi izləyin

MDB

Nazarbayev hakim partiyanı qələbə münasibətilə təbrik etdi

Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası Nursultan Nazarbayev ölkə parlamentinin aşağı palatasında seçkilərdə qələbə münasibətilə hakim "Nur Otan" Partiyasını təbrik edib.

Bu barədə Publika.az mətbuata istinadla xəbər verir.

"Əziz partiyadaşlarım, bu seçkilərdə "Nur Otan" Partiyasının qəti qələbəsi münasibətilə hamınızı təbrik edirəm. “Exit poll”un ilkin nəticələri göstərir ki, qazaxıstanlılar ölkəmizin gələcək inkişafını və rifah halını partiyamızla əlaqələndirirlər”, - Nazarbayevin təbrikində bildirilir.

“Exit poll”un nəticələrinə əsasən "Nur Otan" Partiyası Qazaxıstanda dünən keçirilmiş parlament seçkilərinin qalibi olub. İlkin məlumatlara görə, partiyaya 71,97% seçici səs verib.

Seçkilərdə ikinci yeri 10,18% səslə "Ak Jol" Partiyası tutur, siyahıda sonrakı yerdə 9,03% səslə Qazaxıstan Xalq Partiyası qərarlaşıb.

Bu halda ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini hələ elan etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm