Yaşayış binasında GÜCLÜ YANĞIN: 8 nəfər DİRİ-DİRİ YANDI
Bizi izləyin

MDB

Yaşayış binasında GÜCLÜ YANĞIN: 8 nəfər DİRİ-DİRİ YANDI

Rusiyanın Yekaterinburq şəhərində yaşayış binasında yanğın hadisəsi baş verib.

Publika.az "RIA Novosti"yə istinadla xəbər veir ki, bu barədə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, adisə binanın ikinci mərtəbəsində qeydə alınıb. Yanğın zamanı 8 nəfər həlak olub. Onlar arasında uşaq da var.

Xilasedicilər sakinləri binadan köçürüblər. Ümumilikdə binadan 90 nəfər təxliyə edilib.

Yanğının söndürülməsinə 30 canlı qüvvə, 9 xüsusi texnika cəlb olunub.

“İlkin məlumata görə, hadisə zamanı 8 nəfər, o cümlədən bir uşaq həlak olub”, - fövqəladə xidmətlərin nümayəndəsi bildirib.

Hadisənin başvermə səbəbləri açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm