Ermənistanın növbəti məğlubiyyəti - Bakı yenə istədiyini qazandı
Bizi izləyin

MDB

Ermənistanın növbəti məğlubiyyəti - Bakı yenə istədiyini qazandı

Moskva danışıqları Ermənistanın növbəti məğlubiyyətidir.

Publika.az xəbər verir ki, bunu müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyan deyib.

Müxalifətçi hesab edir ki, baş nazir Nikol Paşinyan erməni tərəfinin maraqlarını qoruya bilmədi və Azərbaycan tərəfi yenidən istədiklərini qazandı. O, 11 yanvarda Moskvada imzalanan üçtərəfli bəyanatı Ermənistan üçün növbəti biabırçı məğlubiyyət hesab edir: “Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi və məhbus məsələsində heç bir şey olmadı.

10 noyabrda Qarabağla bağlı üçtərəfli bəyanatda Azərbaycan tərəfi xəyallarından daha çoxunu əldə etdi. Bütün bunlar Nikol Paşinyanın fəaliyyətsizliyi səbəbindən baş verdi. Yanvarın 11-də Əliyev Moskvada konsolidasiya etdi və Azərbaycan üçün strateji əhəmiyyətə malik olan doqquzuncu bəndin həyata keçirilməsi üçün yeni zəmin yaratdı”.

Manukyanın fikrincə, 11 yanvar tarixli üçtərəfli görüşdə Paşinyan Qarabağla bağlı bəyanatın Ermənistanın Sünik bölgəsi üçün təhlükə yaradan birinci bəndinin pozulduğunu elan etməli idi. Bundan əlavə, yeni sənəddə münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanması və Dağlıq Qarabağın statusu barədə heç nə deyilmir: “Əlbəttə ki, məhbuslarla bağlı məsələ açıq şəkildə qaldırılmalı və həll edilməli idi. Moskvanın üçtərəfli görüşü və imzalanan bəyanat bir daha sübut etdi ki, Nikol Paşinyan Ermənistanın və erməni xalqının mənafelərini təmsil etmək iqtidarında deyil. Məğlubiyyət simvolu getməlidir, əks təqdirdə itkilərimiz və alçalmalarımız davam edəcək”.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar aparılmış, bunun ardınca quru və dəmir yolu əlaqələrinin blokdan çıxarılmasına dair birgə bəyanat qəbul edilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm