Koronavirusa qarşı anticismləri olan uşaq doğuldu
Bizi izləyin

MDB

Koronavirusa qarşı anticismləri olan uşaq doğuldu

Bolqarıstanlı qadın COVID-19-a qarşı anticismləri olan uşaq dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) xəbər verir.

Bildirilir ki, Pazarcik şəhərinin 28 yaşlı sakini hamiləlik zamanı hərarət və öskürəklə xəstəxanaya yerləşdirilib. Analizlər onun koronavirusa yoluxduğunu göstərib.

Virus plasentada dəyişikliklərə səbəb olduğu və dölün inkişafını ləngitdiyindən həkimlərin qərarı ilə qadın qeysəriyyə əməliyyatı olunub.

Körpə də testdən keçib. Məlum olub ki, oqnun orqanizmində koronavirusa qarşı anticismlər var.

Uşağın vəziyyətinin yaxşı olduğu deyilir. Tezliklə o, anası ilə birlikdə evə buraxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm