MDB
Navalnıya görə sanksiyalar gəlir: Qətnamə hazırladı
Rusiyalı bloger və müxalifətçi Aleksey Navalnının həbsinə görə Avropa Parlamenti Avropa Birliyindən "Şimal axını-2" boru kəmərinin tikintisinin dayandırılmasını və Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasını tələb etməyi planlaşdırır.
Punlika.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri qətnamə layihəsinə istinadən yazır.
Cümə axşamı nəzərdən keçirilməsi planlaşdırılan qətnaməni mühafizəkarlar, sosial-demokratlar, liberallar və yaşılların fraksiyaları dəstəkləməyi düşünürlər. Digər sanksiyalar "Aleksey Navalnının saxlanılaraq həbs olunması qərarına aidiyyəti olan fiziki və hüquqi şəxslərə", eləcə də müxalifətə hücumlara, "rusiyalı oliqarxlara", "prezident (Vladimir) Putinin yaxın çevrəsinə daxil olanlara", eləcə də "mediapropaqandaçılara" qarşı yönəldilə bilər.
"Navalnıya Rusiyanın hücumundan sonra bir enerji məsələsindən danışmalıyıq. Bu, əlimizdə olan ən güclü arqumentdir. "Şimal axını-2" layihəsi əlavə təzyiq göstərmək imkanlarından biridir. Rusiyaya qarşı sadə çağırışlar bəs eləmir", - mühafizəkar və mərkəzçi Avropa Xalq partiyası fraksiyasının rəhbəri Manfred Veber Spiegel-ə deyib.
Digər sanksiyalar dedikdə, adəti üzrə AB-də aktivlərin dondurulması və birlik ölkələrinə girişin qadağan edilməsi nəzərdə tutulur.
"Avropa Birliyi daha qeyri-müəyyən mənşəyə malik rus zənginliklərinin həvəslə qarşılandığı yer olmamalıdır", - qətnamədə qeyd olnub.
Səsvermə sabah keçirilməlidir. Qətnamə qəbul edilərsə, sanksiyalar avtomatik tətbiq olunmayacaq, onları yalnız AB-nin bütün 27 üzvü Şuranın mexanizmlərinin tətbiqi ilə qəbul edə bilər.
Bundan öncə jurnalistlərə bildirilib ki, Navalnının həbs edilməsi barədə məsələ AB ölkələrinin başçılarının videokonfransında qaldırıla bilər, ancaq hərtərəfli müzakirə AB XİN rəhbərləri səviyyəsində yanvarın 25-də aparılacaq.
Bazar ertəsi Ximki şəhər məhkəməsi Aleksey Navalnını 30 sutka həbs edib. Onu bazar günü zəhərlənmədən müalicə olunduğu Almaniyadan qayıdarkən Şeremetyevo aeroportunda həbs etmişdilər.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO