Rusiya AYAĞA QALXDI: 70 milyondan çox insan... - (YENİLƏNİR)
Bizi izləyin

MDB

Rusiya AYAĞA QALXDI: 70 milyondan çox insan... - (YENİLƏNİR)

Rusiyanın paytaxtı Moksvadakı mitinq zamanı polislə etirazçılar arasında insident yaşanıb.

Publika.az xəbər verir ki, “Puşkin” meydanındakı etirazçılar polislərə plastik su şüşələri atıb.

Sankt-Peterburqdakı etirazlarda da həbslər davam edir.

Rostov-Dondakı etirazçılar polis barrikadalarını dağıtmağa çalışır.

Bu arada, Aleksey Navalnı həbsə girdikdən sonra komandası tərəfindən Yutubda yayımlanan “Putin üçün saray: ən böyük rüşvətin tarixi” adlı videonun izlənmə sayı 70 milyonu ötüb.

***

14:36

RİA “Novosti” müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Moskvanın “Puşkin” meydanında koordinasiya olunmamış mitinq keçirilir.

Artıq burada da ilkin həbslərin olduğu bildirilir.

Polis etirazçılara sosial məsafə, maska və əlcəklərdən istifadə qaydalarına dair səsgücləndirənlərlə xəbərdarlıq edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları plakat qaldıranları, eyni zamanda, üzlərini şərf və maskalarla tamamilə gizləyən iştirakçıları saxlayır. Meydanda çox sayda jurnalist də iştirak edir.

Hüquq-mühafizə orqanlarından tutulanların sayı barədə hələ dəqiq bir məlumat yoxdur.

***

Rusiyada kütləvi etiraz aksiyaları keçirilir.

Publika.az xəbər verir ki, ölkənin bütün vilayətlərində küçələrə axışan xalq müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasını tələb edir.

Məlumata görə, ilk mitinq ölkənin Xabarovsk şəhərində başlayıb. Daha sonra digər bölgələrə yayılıb.

Etirazçılar "Biabırçılıq", "Navalnıya azadlıq" və ölkə Prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirir.

Hüquq-mühafizə orqanları mitinqlərə müdaxilə edərək həbslərə başlayıb. Artıq 200-dən çox insanın saxlanıldığı bildirilir.

Xatırladaq ki, zəhərlənərək həftələrlə müalicə alan Aleksey Navalnı yanvarın 18-də Almaniyadan Rusiyay qayıdanda paytaxt Moskvanın hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm