Rusiya əhalisi kəskin azalır
Bizi izləyin

MDB

Rusiya əhalisi kəskin azalır

Ötən il Rusiya əhalisinin sayı 510 min nəfər azalıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb.

2021-ci il yanvarın 1-i vəziyyətinə əsasən, ölkə əhalisinin sayı 146 milyon 238 min təşkil edib.

Xidmətin məlumatına görə, sonuncu dəfə bu cür azalma 15 il öncə qeydə alınıb. Belə ki, 2005-ci ildəki 143,8 milyon əhali sayı 2006-cı ildə 143,2 milyona enib.

2007-2009-cu illərdə əhali sayı 142,7 milyona düşüb və 2010-cu ildən başlayaraq əhalinin sayımında artım qeydə alınıb. Beləliklə, 2012-ci ildə əhalinin sayı 143 milyonu, 2014-cü ildə 143,7 milyonu, 2015-ci ildə isə artıq 146 milyonu ötüb. 2017-ci ildən bu yana bu rəqəm 146,8 milyonun altına düşməyib. İlk kəskin azalma 2021-ci ildə qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm