Qırğızıstanda Baş nazir və hökumət üzvləri TƏSDİQLƏNDİ
Bizi izləyin

MDB

Qırğızıstanda Baş nazir və hökumət üzvləri TƏSDİQLƏNDİ

Fevralın 3-də Qırğızıstan parlamentinin iclası keçirilib.

Publika.az xəbər verir ki, parlament Uluqbek Maripovu Qırğızıstanın Baş naziri vəzifəsinə təsdiq edib, yeni hökumətin tərkibi, strukturu və proqramı bəyənilib.

Artyom Novikov Baş nazirin birinci müavini, Uluqbek Karımşakov Baş nazirin müavini, Jeniş Asankulov hökumət Aparatının rəhbəri vəzifələrinə təsdiq olunub.

Parlament Taalaybek Omuraliyevi müdafiə, Ruslan Kazakbayevi xarici işlər, Asel Çınbayevanı ədliyyə, Alımkadır Beyşenaliyevi səhiyyə və sosial inkişaf, Almazbek Beyşenaliyevi təhsil və elm, Kayrat İmanaliyevi mədəniyyət, informasiya, idman və gənclər siyasəti, Boobek Ajiyevi fövqəladə hallar, Ulan Niyazaliyevi daxili işlər, Gulmira Abdraliyevanı nəqliyyat, memarlıq, inşaat və kommunikasiyalar, Kubanıçbek Turdubayevi energetika və sənaye, Askarbek Canıbekovu kənd və su təsərrüfatı, regionların inkişafı naziri təsdiq edib.

Qırğızıstan Konstitusiyasına uyğun olaraq bu gün Baş nazir və hökumətin yeni üzvləri parlamentin deputatları qarşısında sədaqət andı içiblər.

Parlamentin iclasında Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edib.

Bu gün Sadır Japarov Uluqbek Maripovu Qırğızıstanın Baş naziri vəzifəsinə, həmçinin müavinlərin və hökumətin digər üzvlərinin təyin olunması ilə əlaqədar fərmanlar imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm