Sülhməramlıların helikopteri QƏZAYA UĞRADI - 4 nəfər xilas edildi
Bizi izləyin

MDB

Sülhməramlıların helikopteri QƏZAYA UĞRADI - 4 nəfər xilas edildi

Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib.

"Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir" - açıqlamada deyilir.

Qeyd edilir ki, hadisənin səbəbi araşdırılır:

"İlkin məlumata əsasən, söhbət mexaniki nasazlıqdan gedə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm