Bu ölkə əlifbasını dəyişdirir
Bizi izləyin

MDB

Bu ölkə əlifbasını dəyişdirir

Özbəkistan 1 yanvar 2023-cü ildən etibarən rəsmi şəkildə tamamilə latın qrafikalı əlifbaya keçid edəcək.

Publika.az xəbər verir ki, hökumət bununla bağlı yol xəritəsini açıqlayıb.

Qərara əsasən, ölkədəki bütün qurum və müəssisələrin fəaliyyətləri ilə rəsmi yazışmaları latın qrafikalı əlifba ilə aparılacaq. Ölkədəki bütün mətbuat orqanları, elektron media, xəbər saytları, mətbəə və yayım orqanları da bu əlifbadan istifadə edəcək.

Sözügedən tarixdən etibarən şəxsiyyət vəsiqələri, xarici vətəndaşların yaşayış icazəsi və sənədləri, blanklar da bu əlifba ilə işlənəcək.

Ümumilikdə, ölkədəki bütün yazılar latın qrafikası ilə olacaq.

Qeyd edək ki, hazırda Özbəkistanda dövlət qurumları kiril qrafikasından istifadə edir. Məktəblərdə isə latın qrafikası ilə özbək dilində tədris verilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm