Rusiya XİN-dən QARABAĞ AÇIQLAMASI
Bizi izləyin

MDB

Rusiya XİN-dən QARABAĞ AÇIQLAMASI

"Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara əsasən regiona kollektiv səylərlə dinc həyat qayıdır. Burada təkcə Azərbaycan və Ermənistanın yox, bütün ölkələrin də vahid mövqedən çalışmaları mühümdür".

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Dağlıq Qarabağda son günlərdə vəziyyət stabildir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Rusiya sülhməramlıları 27 postda müşahidə aparır. Regionda yaşayan bütün xalqların nümayəndələri arasında dialoq qurulmasına, iqtisadi və nəqliyyat bağlantılarının açılmasına dəstək verməyimiz, tarixi və mədəniyyət abidələrinin mühafizəsini təmin etməyimiz vacibdir. Əvvəla dayanıqlı sülh bərqərar olunmalıdır ki, Qarabağa qayıdacaq insanlar bu təməl üzərində həyatlarını bütün istiqamətlərdə qursunlar”, - Rusiya rəsmisi qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm