MDB
Leonkov ŞOK FAKTLARI AÇIQLADI: Ermənistandan terrorçulara silahlar belə ötürülüb
Rusiyalı hərbi ekspert Aleksey Leonkov Vladimir Solovyovun verilişində Ermənistanın Qarabağdakı məğlubiyyətindən danışıb.
Publika.az xəbər vrir ki, Leonkov baş vermiş hadisələrə görə, Ermənistan rəhbərliyini günahkar hesab edir.
"Sözdə hər şey gözəl səslənirdi - silaha sarılmaq, Dağlıq Qarabağı müdafiə çağırışı və s. Amma könüllülər hərbi komissarlıqlara gələndə onlara gözləmələrini söylədilər. Qoşunların şimaldakı müdafiə xətti azərbaycanlıların hücumlarına müqavimət göstərirdi. Şimaldan qoşunları geri çəkmirdilər. Çünki oradan bir təhlükənin gözləndiyini söyləyirdilər. Həmin vaxtda ikinci qrup Şuşaya girdi və şəhəri nəzarətə aldı. Məlum oldu ki, cənub cəbhəsi artıq əldən gedib. Şuşanın özü də əslində müdafiəyə hazır deyildi. Başqa sözlə, Paşinyan söz vermişdi ki, Qarabağı müdafiə edəcək və ermənilər yardım gəlsəydi, müqavimət göstərəcəkdilər. Ancaq burada maraqlı faktlar da ortaya çıxıb. “Telegram” kanallarında yayımlanan məlumatlara əsasən, 2018-ci ildən bəri Ermənistan kifayət qədər silah və sursat alıb", - deyə rusiyalı hərbi ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın aldığı silahların bir çoxu Suriyadakı terrorçu qruplara daşınıb: "Silahlar Suriya ərazisindəki terrorçulara İrəvandan ötürülüb. Burada diqqət etməli bəzi məqamlar var. Onlar Suriyada pul qazandılar, ancaq sursatın lazım olduğu Dağlıq Qarabağda müharibə vaxtı heç bir şey alınmadı”. / "Virtual"
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası28 Mart 20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art28 Mart 19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI